Xəzər Xəbər

Qaradağ rayonunda qaz təchizatında fasilələr yaranacaq

İqtisadiyyat | 10:03 • 14 Oktyabr 2019
Qaradağ rayonunda qaz təchizatında fasilələr yaranacaq

Bakının Qaradağ rayonunda qaz təchizatında fasilələr yaranacaq.


"Azəriqaz” İB-dən xezerxeber.az-a verilən məlumata görə, bu gün saat 12:00-dan Qaradağ rayonu, Korgöz, AZNS, Qızıldaş qəsəbələrində bir qrup abonentin və bir neçə mühüm əhəmiyyətli obyektin qaz təminatında fasilələr yaranacaq. Bu zaman "Puta” qaz paylayıcı stansiyası ərazisində qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yararsız vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri icra olunacaq.

Xəbər lenti