Xəzər Xəbər

Rusiya meydan oxudu: Neft 30 dollar olsa belə...

İqtisadiyyat | 15:27 • 4 Oktyabr 2019
Rusiya meydan oxudu:

Rusiya Milli Rifah Fondunda toplanan rezervlər neft qiymətlərinin aşağı olacağı təqdirdə 3-4 il ərzində büdcə öhdəliklərini icra etməyə bəs edəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Anton Siluanov Federasiya Şurasında dinləmələr zamanı deyib.

"Bu gün biz neft qiymətləri 30 dollar və daha aşağı olacağı təqdirdə belə öhdəliklərimizi icra etməyə hazırıq. Rezervlərimiz neft qiymətlərinin 3-4 il aşağı olduğu dönəmlərdən keçməyə kifayət edər”, – deyə o bildirib.

Xəbər lenti