Xəzər Xəbər

Səkkiz ayda verilən ipoteka kreditlərinin məbləği açıqlandı

İqtisadiyyat | 17:57 • 1 Oktyabr 2019
Səkkiz ayda verilən ipoteka kreditlərinin məbləği açıqlandı

2019-cu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondununagent bankları tərəfindən 113,4 milyon manat məbləğində ipoteka krediti verilib.

XəzərXəbər Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, bu rəqəm 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 27 faiz azdır.

Avqust ayında fondun agent bankları tərəfindən cəmi beşmilyon manat məbləğində ipoteka krediti verilib.

2019-ci ilin yanvar-avqust aylarında Fond 171 milyon manat krediti təkrar maliyyələşdirib. Avqust ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb.

Xəbər lenti