Xəzər Xəbər

Bakının iki prospektinin kəsişməsində dəyişiklik edilib

İqtisadiyyat | 11:20 • 1 Oktyabr 2019
Bakının iki prospektinin kəsişməsində dəyişiklik edilib

Paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi və təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində artıq daha bir önəmli layihənin icrası yekunlaşdırılıb.


Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, layihə çərçivəsində Z.Bünyadov və M.K.Atatürk prospektlərinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib. Belə ki, dəyişikliklik nəticəsində artıq Ziya Bünyadov prospekti kənar yol ilə hərəkət edən nəqliyyat vasitələri (Olimpiya stadionu istiqamətində) M.K.Atatürk prospekti ilə kəsişmədə yeni təşkil edilmiş yolayrıcları hesabına hərəkətlərini birbaşa davam etdirə biləcəklər. Yolayrıcında hərəkət svetoforlarla nizamlanır.


Dəyişikliyin üstün cəhətləri aşağıdakılardır:


Bu prospektlərdə yaranan tıxac və sıxlıq hallarının aradan qalxmasına müsbət təsir edir; piyada təhlükəsizliyi təmin edilir; sərnişindaşımalarda keyfiyyətin daha da yüksəldilməsinə köməklik göstərir; nəqliyyat vasitələrinin daha az məsafə qət etməsinə imkan yaradır.


Xəbər lenti