Xəzər Xəbər

Ötən ay 20 nəfər qidadan zəhərlənib

İqtisadiyyat | 10:02 • 1 Oktyabr 2019
Ötən ay 20 nəfər qidadan zəhərlənib

2019-cu ilin sentyabr ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinin 1003 "Çağrı Mərkəzi”nə ümumilikdə 1573 müraciət daxil olub.


AQTA-dan verilən məlumata görə, daxil olan müraciətlərdən 215-i sertifikatlaşdırma və qeydiyyat, 289-u idxal-ixrac əməliyyatları, 216-ı istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.


Qida zəhərlənmələri ilə bağlı Agentliyə 47 müraciət daxil olsa da, onlardan yalnız 20-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.


Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 76-ı işə qəbulla, 730-u isə digər xarakterli müraciətlər olub.

Xəbər lenti