Xəzər Xəbər

Bakının iki rayonunda qaz olmayacaq

İqtisadiyyat | 09:32 • 1 Oktyabr 2019
Bakının iki rayonunda qaz olmayacaq

Oktyabrın 1-də səhər saat 10:00-dan 2 rayonda qaz təchizatı dayandırılacaq. 

"Azəriqaz"dan xezerxeber.az-a verilən xəbərə görə, Qaradağ rayonunun Ələt qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində sazlama işləri ilə bağlı qəsəbədə bir qrup abonentin qaz təchizatında fasilələr olacaq. Pirallahı rayonu "Yeni qəsəbə” ərazisini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində və Kamil Rzayev küçəsinə gedən yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar isə rayon ərazisində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti