Xəzər Xəbər

Daha 2 rayonda qaz olmayacaq

İqtisadiyyat | 10:33 • 23 İyul 2019
Daha 2 rayonda qaz olmayacaq
Ağstafa rayonunda istehlakçıların qaz təchizatının yaxşılaşdırılması və normadan artıq qaz itkilərinin qarşısının alınması məqsədilə təmir işlərinə başlanılıb. Buna görə də saat 10.00-dan təmir işləri başa çatanadək Ağstafa rayonunda bir qrup abonentin qaz təchizatı dayandırılıb. 


"Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, Samux rayonunda da orta təzyiqli yeraltı qaz xəttinin yenidənqurulması məqsədilə bir qrup abonentin qaz təchizatı saat 11.00-dan dayandırılacaq.

Xəbər lenti