Xəzər Xəbər

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracı 1 milyard dollardan çox artıb

İqtisadiyyat | 13:30 • 21 May 2019
Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracı 1 milyard dollardan çox artıb

Yanvar-aprel aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 4 milyard 19 milyon 722 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.


Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 1 milyard 79 milyon 851 min dollar çoxdur.


Dörd ayda Aİ ölkələrindən Azərbaycana idxalın dəyəri isə 769 milyon 333 min dollar olub.

Xəbər lenti