Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 073,6 kq qızıl istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 14% çoxdur.
Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən xəbərə görə, hesabat dövründə ölkədə 1 006,5 kq gümüş istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15,4% artıb.
Metal filizlərinin hasilatı:
Məhsul növləri | 2019-cu ilin yanvar-aprel aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
Mis filizləri və konsentratları, ton | 654,7 | 127,8 |
Qiymətli metal filizləri və konsentratları, kq | 2 080,1 | 114,7 |
o cümlədən: qızıl | 1 073,6 | 114 |
gümüş | 1 006,5 | 115,4 |