Xəzər Xəbər

Tələbat getdikcə artır Torpaq bazarında SON QİYMƏT

İqtisadiyyat | 12:27 • 3 May 2019
Tələbat getdikcə artır

Mart ayında torpaq bazarında qiymətlər 1,38% artıb.

Yay mövsümü yaxınlaşdıqca torpağa və həyət evlərinə tələbat artır. Tələbatın artması fonunda isə qiymətlərdə bahalaşma hiss olunur.

Bununla bağlı tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyev açıqlama verib. O, qeyd edib ki, qiymət artımının bir səbəbi də kütləvi söküntü işlərinin həyata keçirilməsidir:

"Torpaq sahələrində bahalaşmanın əsas səbəbi qıtlıqdır. Bakı və Abşeron yarımadasında torpaq tapmaq çətinləşib. "Sovetski”, "Kubinka” və s. bu kimi ərazilərdə kütləvi söküntü işlərinin aparılması nəticəsində kompensasiya alan şəxslərin şəhərdən ev alması mümkünsüzdür. Çünki şəhərdə 1 otaqlı evlər 55-60 min manatdan başlayır. Bu baxımdan vətəndaşlar daha çox Binəqədi, Xırdalan, müxtəlif kənd və qəsəbələrə üz tuturlar. Tələbatdan dolayı bu ərazilərdə də qiymətlər bahalaşıb. Hazırda ərazidən asılı olmayaraq, çıxarışı olan yaşayış təyinatlı torpaqların qiyməti daha çox bahalaşıb”.

Ekspert bildirib ki, torpaqların qiyməti təyinata əsasən dəyişir:

"Kənd təsərrüfatı təyinatlı torpaqlar daha çox bölgələrdə istifadə olunur. Turizm zonası olan ərazilərdə qiymətlər baha olur. Əsasən Quba, Qusar, Qəbələ, İsmayıllıda kənd təsərrüfatı təyinatlı torpaqların qiymətində artım var. Digər ərazilərdə isə artım hiss olunmur. Kommersiya təyinatlı torpaqların qiyməti isə hər zaman baha olub. Bu ərazilərə daha çox Bakı, Sumqayıt, Gəncəni misal çəkmək olar”./Redaktor.az

Xəbər lenti