Xəzər Xəbər

İranlı nazir: "Nefti silah kimi istifadə edənlər OPEC-in dağılmasına zəmin yaradır"

İqtisadiyyat | 16:18 • 1 May 2019
İranlı nazir: "Nefti silah kimi istifadə edənlər OPEC-in dağılmasına zəmin yaradır"

"Nefti silah kimi istifadə edənlər OPEC-in dağılmasına zəmin yaradır". ONA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu sözləri İranın neft naziri Bijan Zangane Tehranda keçirilən konfransda deyib.


"OPEC-i quran iki ölkəyə - Venesuela və İrana qarşı nefti silah kimi istifadə edənlər bu təşkilatın birliyini zədələyir, onun çöküşünə zəmin yaradır. Bunun məsuliyyətini də məhz onlar daşıyır,"- deyə B.Zangane bildirib.


İranlı nazir qeyd edib ki, nefti siyasi vasitə kimi istifadə edənlər bunun nəticələrini də qəbul etməlidir.

Xəbər lenti