Xəzər Xəbər

Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq

İqtisadiyyat | 12:54 • 22 Aprel 2019
Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq

Nazirlər Kabineti "Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə” qərar verib.


AZƏRTAC xəbər verir ki, Qərara əsasən Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqların özgəninkiləşdirilməsi ilə əlaqədar həmin torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.


"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti həmin torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etməlidir.


Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə olunub.

Xəbər lenti