Xəzər Xəbər

UEFA Azərbaycan üçün qadağanı aradan götürüb

İdman | 21:35 • 3 Dekabr 2020
UEFA Azərbaycan üçün qadağanı aradan götürüb

Azərbaycan və Ermənistanın beynəlxalq oyunlara ev sahibliyi etməsinə icazə verilib.


Xezerxeber.az-ın məlumatına görə, bu barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib.


Qurum bugünkü iclasında Qarabağdakı hərbi əməliyyatların dayandırılmasını nəzərə alaraq, oktyabrın 20-də tətbiq etdiyi qadağanı aradan qaldırıb. Bu isə o deməkdir ki, milli və klub səviyyəli komandalarımız ev oyunlarını ölkəmizdə keçirə biləcəklər.


Qeyd edək ki, qadağa müddətində Azərbaycan yığması Millətlər Liqasının iki, "Qarabağ” Avropa Liqasının üç oyununu ölkə xaricində keçirməli olub. Ağdam təmsilçisi son qarşılaşmasına bu gün çıxacaq.

Xəbər lenti