Xəzər Xəbər

Ronaldo hamını qabaqladı

İdman | 13:15 • 2 Dekabr 2020
Ronaldo hamını qabaqladı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2020-ci ildə milli çempionatlarda ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.


Xezerxeber.az apasport.az-a istinadla bildirir ki, ilin arxada qalan 11 ayının yekununa əsasən 23 ən yaxşı bombardir müəyyənləşib.


Cədvələ İtaliya "Yuventus"unun ulduzu Kriştiano Ronaldo başçılıq edir. Bir ay öncə 4-cü sırada olan portuqaliyalı 29 qolla zirvədə yer alıb.


İkinci sıraya şərik olan kubalı Marsel Ernandes ("Kartagines", Kosta-Rika) və polşalı Robert Levandovski ("Bavariya", Almaniya) liderdən bir top geri qalır.


Qeyd edək ki, siyahıda ən azı 19 qol vuranlar yer alıb.

Xəbər lenti