Xəzər Xəbər

Maradonanın övladları arasında miras davası başlayıb

İdman | 10:11 • 26 Noyabr 2020
Maradonanın övladları arasında miras davası başlayıb

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ölümündən dərhal sonra övladları arasında miras davası başlayıb.


60 yaşında ürəktutmasından vəfat edən Maradonanın 5 rəsmi, 6 qeyri-rəsmi uşağı var.


Dieqonun vəkili Matias Morla hələ bir müddət əvvəl açıqlamasında bildirib ki, test nəticəsində onun neçə varisinin olduğu müəyyənləşəcək. Lakin indidən 11 nəfərin miras üçün müraciət etdiyi açıqlayıb.


Qeyd edək ki, son olaraq ötən il Kubada 3 uşaq və Argentinada televiziya proqramına qatılan Santyaqo Lara atasının Maradona olduğunu iddia edib. (Apasport.az)

Xəbər lenti