Xəzər Xəbər

Avropa Liqası: "Milan" və "Arsenal" qələbə qazandı, "Sivasspor" uduzdu

İdman | 09:10 • 23 Oktyabr 2020
Avropa Liqası: "Milan" və "Arsenal" qələbə qazandı, "Sivasspor" uduzdu

UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib.


Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" İsraildə "Makkabi"nin (Təl-Əviv) qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablə qələbəsi ilə yekunlaşıb - 1:0.


I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüşdə qapılara 8 qol vurulub. Matç ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.


Turnirin favoritlərindən hesab olunan İngiltərə "Arsenal"ı Avstriyada "Rapid"i 2:1 hesabı ilə üstələyib. Londonun digət təmsilçisi "Tottenhem" isə eyni ölkənin LASK komandası ilə dueldən qalib ayrılıb - 3:0.


İtaliya klublardan "Milan" Şotlandiyada "Seltik"i 3:1 hesabı ilə məğlub edib. "Napoli" evdə Niderlandın AZ komandasına uduzub - 0:1. "Roma" isə İsveçrədə "Yanq Boyz"dan üstün olub - 2:1.


Avropa Liqası

Qrup mərhələsi

I tur

22 oktyabr


A qrupu

20:55. "Yanq Boyz" (İsveçrə) - "Roma" (İtaliya) - 1:2

20:55. MOİK (Sofiya, Bolqarıstan) – ÇFR (Rumıniya) - 0:2


Xal durumu: "Roma" - 3, ÇFR - 3, "Yanq Boyz" - 0, MOİK - 0


B qrupu

20:55. "Dandolk" (İrlandiya) - "Molde" (Norveç) - 1:2

20:55. "Rapid" (Vyana, Avstriya) - "Arsenal" (İngiltərə) - 1:2


Xal durumu: Molde - 3, "Arsenal" - 3, "Dandolk" - 0, "Rapid" - 0


C qrupu

20:55. "Bayer" (Leverkuzen Almaniya) - "Nitsa" (Fransa) - 6:2

20:55. "Hapoel" (Beer-Şeva, İsrail) - "Slaviya" (Praqa, Çexiya) - 3:1


Xal durumu: "Bayer" - 3, "Hapoel" - 3, "Nitsa" - 0, "Slaviya" - 0


D qrupu

20:55. "Standard" (Lyej, Belçika) - "Reyncers" (Şotlandiya) - 0:2

20:55. "Lex" (Polşa) - "Benfika" (Portuqaliya) - 2:4


Xal durumu: "Reyncers" - 3, "Benfika" - 3, "Standard" - 0, "Lex" - 0


E qrupu

20:55. PSV (Niderland) - "Qranada" (İspaniya) - 1:2

20:55. PAOK (Yunanıstan) - "Omoniya" (Kipr) - 1:1


Xal durumu: "Qranada" - 3, PAOK - 1, "Omoniya" -1, PSV - O


F qrupu

20:55. "Napoli" (İtaliya) – "AZ” (Alkmaar, Niderland) - 0:1

20:55. "Riyeka" (Xotvatiya) - "Real Sosyedad" (İspaniya) - 0:1


Xal durumu: "AZ" - 3 xal, "Real Sosyedad" - 3, "Napoli" - 0, "Riyeka" - 0.


G qrupu

23:00. "Braqa" (Portuqaliya) - AEK (Afina, Yunanıstan) - 3:0

23:00. "Lester" (İngiltərə) - "Zarya" (Ukrayna) - 3:0


Xal durumu: "Braqa" - 3, "Lester" - 3, "Zarya" - 0, AEK - 0


H qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Milan" (İtaliya) - 1:3

23:00. "Sparta" (Praqa, Çexiya) - "Lill" (Fransa) - 1:4


Xal durumu: "Milan" - 3, "Lill" - 3, "Sparta" - 0, "Seltik" - 0


I qrupu

23:00. "Vilyarreal" (İspaniya) - "Sivasspor" (Türkiyə) - 5:3

23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Qarabağ" (AZƏRBAYCAN) - 1:0


Xal durumu: "Vilyarreal" - 3, "Makkabi" - 3, "Qarabağ" - 0, "Sivasspor" - 0


J qrupu

23:00. "Tottenhem" (İngiltərə) - LASK (Avstriya) - 3:0

23:00. "Lüdoqorets" (Bolqarıstan) - "Antverpen" (Belçika) - 1:2


Xal durumu: "Tottenhem" - 3, "Antverpen" - 3, LASK - 0, "Lüdoqorets" - 0


K qrupu

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Feyenoord" (Niderland) - 0:0

23:00. "Volfsberq" (Avstriya) – MOİK (Moskva, Rusiya) - 1:1


Xal durumu: "Dinamo" - 1, "Feyenoord" - 1, "Volfsberq" - 1, MOİK - 1


L qrupu

23:00. "Hoffenhaym" (Almaniya) - "Srvena Zvezda" (Serbiya) - 2:0

23:00. "Slovan" (Liberets, Çexiya) - "Gent" (Belçika) - 1:0


Xal durumu: "Hoffenhaym" - 3, "Slovan" - 3, Gent - 0, "Srvena Zvezda" - 0


Xəbər lenti