Xəzər Xəbər

"Qarabağ"ın yeni transferi ilk dəfə yığmaya çağırıldı

İdman | 14:46 • 28 Sentyabr 2020
"Qarabağ"ın yeni transferi ilk dəfə yığmaya çağırıldı

Futbol üzrə Kabo-Verde millisinin Andorra və Qvineya seçmələri ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.


"Africatopsports.com" saytı  xəbər verir ki, baş məşqçi Pedro Leytao Brito (Bubista) 27 oyunçuya dəvət göndərib.


Onların arasında "Qarabağ"ın yeni transferi Patrik Andrade də var. 27 yaşlı yarımmüdafəçi ilk dəfə milli komandaya çağırılıb.


Qeyd edək ki, Kabo-Verde Andorra ilə oktyabrın 7-də, Qvineya ilə oktyabrın 10-da qarşılaşacaq./report

Xəbər lenti