Xəzər Xəbər

Sosa "Fənərbaxça"nı seçdi

İdman | 13:36 • 14 Avqust 2020
Sosa "Fənərbaxça"nı seçdi

"Fənərbaxça" növbəti transferini bitirmək üzrədir.


 

"Fanatik" xəbər verir ki, İstanbul təmsilçisi "Trabzonspor"la müqaviləsi başa çatan Xose Sosanı rənglərinə bağlayacaq. "Sarı-lacıvərdli" klubun 2+1 illik müqavilə təklifini qəbul edən argentinalı yarımmüdafiəçi tezliklə İstanbula yollanacaq.


 


35 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 42 oyunda 10 qol vurub, 12 məhsuldar ötürmə edib.

Xəbər lenti