Xəzər Xəbər

Villianın "Arsenal"a transferi tamamlandı

İdman | 13:31 • 14 Avqust 2020
Villianın "Arsenal"a transferi tamamlandı

"Arsenal” "Çelsi”dən ayrılan Villianı heyətinə qatıb.


 


"Sky Sports" xəbər verir ki, 32 yaşlı vingerlə 3 illik müqavilə imzalanıb. Villianın "topçular"da həftəlik maaşı 220 min funt-sterlinq olacaq.


 


Braziliyalı futbolçu ötən mövsüm 36 oyun keçirib, 9 qol vurub və 9 məhsuldar ötürmə edib. Villian 2013-cü ildən "Çelsi"də çıxış edirdi.

Xəbər lenti