Xəzər Xəbər

Azərbaycan çempionatında yoluxma olarsa, hansı qərar veriləcək?

İdman | 16:39 • 12 Avqust 2020
Azərbaycan çempionatında yoluxma olarsa, hansı qərar veriləcək?

"Hansısa komandada yoluxma olmasını istəməzdik".


Bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkatma mərasimində deyib.


O bildirib ki, belə bir hal baş verərsə, çempionatla bağlı daha üst qurumların qərar və tövsiyələrinə əməl edəcəklər. Musayevin sözlərinə görə, bu, PFL-dən asılı olmayacaq.


Premyer Liqa ilə bağlı sponsorluq məsələsinə də toxunan Musayev bunun yenidən gündəmə gələ biləcəyini istisna etməyib: "Pandemiya hamı kimi, bizə də təsir etdi. Bir şirkətlə martda uzunmüddətli müqavilə planlaşdırırdıq. Ola bilər ki, onlarla yenidən danışıq aparıb müqavilə bağladıq". 


Qeyd edək ki, Azərbaycan Premyer Liqası avqustun 21-də start götürəcək.

Xəbər lenti