Xəzər Xəbər

Zidan "Real"ı tərk edir? - Açıqlama verdi

İdman | 15:40 • 8 Avqust 2020
Zidan "Real"ı tərk edir? - Açıqlama verdi

Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan komandadan getmək niyyətində deyil.


XəzərXəbər xəbər verir ki, fransalı mütəxəssis bu barədə Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə matçdan (1:2) sonra danışıb. O, məğlubiyyətə görə "kral klubu"ndan ayrılmayacağını bildirib:


"Fövqəladə bir şey olmayana qədər "Real"ın baş məşqçisiyəm. Gələcəyimlə bağlı suallar verməyə ehtiyac yoxdur. Hamımız istirahət edəcəyik və növbəti mövsüm qayıdacağıq".


Qeyd edək ki, "Real" iki oyunun toplamında "Mançester Siti"yə 2:4 hesabı ilə məğlub olaraq turnirdə mübarizəsini dayandırıb.(qol.az)

Xəbər lenti