Xəzər Xəbər

"İnter" Lautaronun əvəzedicisini tapıb - "Arsenal"da

İdman | 13:54 • 2 İyun 2020
"İnter" Lautaronun əvəzedicisini tapıb - "Arsenal"da

"İnter" yenidən "Arsenal"ın hücumçusu Aleksandr Lyakazettlə yaxından maraqlanır.


"Mundo Deportivo" xəbər verir ki, "İnter" Lyakazetti bu yay "Barselona"ya keçəcəyi gözlənilən Lautaro Martinesin əvəzedicisi hesab edir.


"Neradzurri" Edinson Kavani (PSJ) və Timo Vernerin ("Layptsiq") transferlərindən imtina etdikdən sonra idman direktoru Pyero Auzilio bütün diqqətini fransız futbolçuya yönəldib. Daha öncə Lyakazett Milan təmsilçisinin təklifini rədd etmişdi.


Cari mövsümdə Premyer Liqada 20 matçda meydana çıxan 29 yaşlı forvardın aktivində 7 qol, 3 məhsuldar ötürmə var.


Fanat.Az

Xəbər lenti