Xəzər Xəbər

"Barselona" Lautaro Martineslə anlaşdı

İdman | 13:42 • 2 İyun 2020
"Barselona" Lautaro Martineslə anlaşdı

"Barselona" "İnter"in hücumçusu Lautaro Martineslə müqavilənin şəxsi detallarını razılaşdırıb.


Jurnalist Nikolo Skiranın "Twitter" hesabında xəbər verir ki, "Barselona" Lautaroya illik 12 milyon avro məvacib ödəməyə razılıq verib. Anlaşmada bonuslar da nəzərdə tutulub.


Yaxın həftələrdə "katalonlar" "İnter"lə transferi həll etməlidi. "Neradzurri" argentinalı futbolçunun təzminat məbləğinin - 111 milyon avro - ödənilməsini istəyir. Bununla belə, Skira "İnter"in 90 milyon avroluq təklif və "Barsa"dan əlavə oyunçu götürmək şərtilə keçidə razılıq verəcəyini iddia edir. Daha əvvəl "blauqrana" 22 yaşlı forvarda görə 60 milyon avro ilə yanaşı, Arturo Vidal və Nelson Semedunu təklif etsə də, "yox" cavabı almışdı.


Cari mövsümdə İtaliya A Seriyasında 22 matçda meydana çıxan Martines 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Fanat.Az

Xəbər lenti