Xəzər Xəbər

"Neftçi"nin hücumçusu Kipr klubu ilə danışıq aparır

İdman | 11:35 • 30 May 2020
"Neftçi"nin hücumçusu Kipr klubu ilə danışıq aparır

"Apollon"la danışıq aparıram. Kipr təmsilçisi əla komandadır".


Bunu "Neftçi"nin hücumçusu Baqali Dabo deyib.


Fransalı forvard Kipr mətbuatına açıqlamasında limasollularla hələ müqavilə bağlamadığını söyləyib: "Azərbaycan çempionatının davam edib-etməyəcəyi ilə bağlı qərarı gözləyirəm. Amma "Apollon"a transfer olunmağa çox yaxınam. Bu cür klubun maraq dairəsinə düşdüyüm üçün çox xoşbəxtəm. Ancaq istənilən halda, çempionatın bitməsini və keçidin tamamlanmasını gözləmək lazımdır".

Qeyd edək ki, Baqali Dabonun "Neftçi" ilə müqavilə müddəti iyunun 1-nə qədərdir.

Xəbər lenti