Xəzər Xəbər

20 milyon avroya Levandovski - "Real"ın qaçırdığı fürsət

İdman | 18:28 • 26 May 2020
20 milyon avroya Levandovski - "Real"ın qaçırdığı fürsət

Robert Levandovskinin 2013-cü ildə "Real"a keçmək ehtimalı yaranıb. Lakin yekunda Madrid təmsilçisi fürsəti əldən verib.


AS xəbər verir ki, "Real" 2013-cü ildə 20 milyon avro qarşılığında Levandovski ilə ilkin müqavilə imzalamaq imkanına sahib imiş. "Kral klubu" bu opsiyadan istifadə edərək 2014-cü ilin yayında polşalı hücumçunu azad agent kimi heyətinə qata bilərmiş. Sonda rəhbərlik Levanın sözləşməsindəki bəndi aktivləşdirməkdən imtina edib.


Levandovski 2014-cü ildə "Bavariya"ya transfer olmuşdu. Cari mövsümdə 35 matçda meydana çıxan 31 yaşlı futbolçunun aktivində 41 qol, 5 məhsuldar ötürmə var.


Fanat.Az

Xəbər lenti