Xəzər Xəbər

"Barselona" ter-Şteqeni razı salır

İdman | 15:51 • 22 May 2020
"Barselona" ter-Şteqeni razı salır

"Barselona" qapıçısı Mark-Andre ter Şteqenlə yeni müqavilə imzalamağa hazırlaşır.

"Sport" nəşri xəbər verir ki, almaniyalı qolkiper katalonlarla razılığa gəlmək üzrədir. Məlumata görə, 28 yaşlı futbolçu ilə 5 illik sözləşmə imzalanacaq.

Daha öncə ter-Şteqenin "Barsa"dan vergilər xaric illik 18 milyon avro maaş tələb etdiyi iddia edilirdi.

"Barselona" Almaniya millisinin üzvünü 2014-cü ildə Mönhenqladbax "Borussiya"sından 12 milyon avroya transfer etmişdi. Onun indiki müqaviləsi 2022-ci ilin yayında sona çatacaq.

Xəbər lenti