Xəzər Xəbər

"Milan" "Real"ın futbolçusuna elçi düşüb

İdman | 15:15 • 22 May 2020
"Milan" "Real"ın futbolçusuna elçi düşüb

"Real"ın hücumçusu Luka Yoviç karyerasını "Milan"da davam etdirə bilər.


Jurnalist Nikolo Skira xəbər verir ki, "Milan" Yoviçi satınalma hüququ ilə birlikdə iki il müddətinə icarəyə götürmək istəyir. Əsas maneə serb futbolçunun illik 5 milyon avro dəyərində olan məvacibidi. Hazırda danışıqlar davam edir.


Daha əvvəl Lukanın zədə səbəbindən üç ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı. Onun evin divarından yıxıldığı və çətinliklə sağ qaldığı məlum olmuşdu.


22 yaşlı forvard ötən yay 60 milyon avro qarşılığında "Ayntraxt"dan transfer edilmişdi. Cari mövsümdə 24 matçda meydana çıxan Yoviçin aktivində 2 qol, 2 məhsuldar ötürmə var.


Fanat.Az

Xəbər lenti