"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq PSJ-yə keçə bilər.
"Mirror" xəbər verir ki, PSJ Obameyanqa görə 39 milyon avro ödəməyə hazırdı. Qabonlu futbolçunun klubu ilə müqaviləsinin bitməsinə bir il qalıb.
2019-20 mövsümündə 32 matçda meydana çıxan Obameyanq 20 qolla yadda qalıb. "Transfermarkt" portalı 30 yaşlı forvardın transferini 50,4 milyon funt dəyərində qiymətləndirilir.
Daha öncə Obameyanqın adı "Barselona" ilə birlikdə hallanırdı.
Fanat.Az