Xəzər Xəbər

Zidan 20 yaşlı gəncin transferini əsas hədəf sayır

İdman | 14:57 • 21 May 2020
Zidan 20 yaşlı gəncin transferini əsas hədəf sayır

"Real” Leverkuzen "Bayer”inin yarımmüdafiəçisi Kay Havertslə maraqlanır.


"Le10sport” Madrid təmsilçisinin çalışdırıcısı Zinəddin Zidanın 20 yaşlı oyunçunun transferini əsas hədəflərdən biri saydığını yazıb.


Bu mövsüm Haverts yetirməsi olduğu "Bayer”in formasıyla bütün turnirlərdə 35 matça çıxıb. 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalan futbolçunun transfer qiyməti 100 milyon avrodu.


Gənc orta xətt oyunçusunu istəyən klublar arasında "Barselona”, "Bavariya”, PSJ, "Mançester Yunayted” və "Liverpul” kimi Avropa nəhəngləri də var.


Fanat.Az

Xəbər lenti