Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand karyerasını Fransada davam etdirə bilər.
"Marca" xəbər verir ki, PSJ növbəti mövsüm üçün Holandı transfer etmək niyyətindədi.
Kilian Mbappenin müqaviləsi 2022-ci ildə başa çatır. Yeni sözləşmə ilə bağlı danışıqların gedişində problemlər yaranıb.
Neymar isə İspaniyada oynamaq istəyir. PSJ rəhbərliyi onların hər ikisini komandada saxlamağın mümkün olacağına inanmır. Bu səbəbdən Mbappe-Neymar ikilisindən birinin yerini doldurmaq məqsədilə Holandın transferi planlaşdırılır.
19 yaşlı futbolçunun adı "Real"la hallanır. Madrid klubunun 2021-ci ilin yayı ilə bağlı prioriteti Holanddı.
Norveçli forvard 2020-ci ilin yanvarında 20 milyon avro qarşılığında "Zaltsburq"dan transfer edilib. Bundesliqada 9 matçda meydana çıxan Holandın aktivində 10 qol, 2 məhsuldar ötürmə var.