Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim "İnstaqram” hesabından futbolçuları ilə etdiyi görüntülü söhbətin fotolarını paylaşıb.
Türkiyəli mütəxəssis paylaşımın altına yazdığı mesajda bu ifadələrə yer verib:
"Hamınız üçün darıxmışam. Sizləri görmək məni çox xoşbəxt etdi. Azarkeşlərimizlə birlikdə görüşəcəyimiz günü maraqla gözləyirəm. Sağlam qalın”.
Xatırladaq ki, 23 martda koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən Fatih Terim evə buraxılmışdı. Xəstəxanada 7 gün keçirsə də, 14 gün ərzində karantində qalması məqsədəuyğun hesab edilib.