Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixi açıqlanıb.
Olimpiya Oyunları 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə iyulun 24-də start götürəcək.
Olimpiya Oyunları 8 avqustda, Paralimpiya Oyunlarının isə 5 sentyabrda başa çatacaq.
Beynəlxalq Olimpiya Komitəsi (IOC), Oyunların Təşkilat Komitəsi və Yaponiya hökuməti vaxtla bağlı razılığa gəlib.