Xəzər Xəbər

Tokio Olimpiya və Paralimpiya Oyunları bu il keçirilməyəcək RƏSMİ

İdman | 17:12 • 24 Mart 2020
Tokio Olimpiya və Paralimpiya Oyunları bu il keçirilməyəcək

Tokio Yay Olimpiya Oyunları və Paralimpiya Oyunları bir il müddətinə təxirə salınıb.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) saytı xəbər verir ki, koronavirus səbəbindən yarışın 2021-ci ildə keçirilməsi qərara alınıb.

Bu barədə qərar BOK-un prezidenti Tomas Bax və Yaponiyanın Baş naziri Abe Sinzonun birgə keçirdiyi konfransdan sonra qəbul edilib. Lakin 2021-ci ildə keçiriləcək yarışın adı "Tokio-2020” adlandırılacaq.

Xəbər lenti