Xəzər Xəbər

Ronaldodan "Yuventus"a 10 milyonluq jest

İdman | 22:26 • 22 Mart 2020
Ronaldodan "Yuventus"a 10 milyonluq jest

"Yuventus”un futbolçusu Kriştiano Ronaldo koronavirus pandemiyasına görə klubun zərərə uğramaması üçün məvacibinin azaldılmasına razı olub.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Ronaldonun məvacibinin 30 faizindən imtina etdiyi, bununla da portuqaliyalı futbolçunun Turin klubuna 10 milyon avroluq güzəşt etdiyi bildirilib.

Xəbər lenti