Xəzər Xəbər

"Real Madrid"in sabiq prezidenti koronavirusdan dünyasını dəyişdi

İdman | 09:52 • 22 Mart 2020
"Real Madrid"in sabiq prezidenti koronavirusdan dünyasını dəyişdi

İspaniyanın "Real Madrid" futbol klubunun sabiq prezidenti Lorenso Sanz 76 yaşında koronavirusdan dünyasını dəyişib.

Bu barədə yerli "Marca" qazeti xəbər verib.

Lorenso Sanz 1995-2000-ci illərdə "Real Madrid"in prezidenti olub və bu müddətdə klub iki dəfə (1998, 2000) Çempionlar Liqasını qalibi adını qazanıb. O, həmçinin İspaniyanın "Malaqa" klubunun sahibi idi.

Xəbər lenti