Xəzər Xəbər

UEFA-dan təxirə salınan Avro-2020 ilə bağlı yeni qərar

İdman | 09:26 • 21 Mart 2020
UEFA-dan təxirə salınan

UEFA Avro-2020-nin adı ilə bağlı vacib qərar verib.

Qurumun rəsmi "Tvitter" səhifəsinin yaydığı açıqlamada bildirilib ki, turnir 2021-ci ilə təxirə salınsa da, yarış Avro-2020 adı altında keçiriləcək. Daha əvvəl yarışın Avro-2021 adı altında təşkil olunacağı gözlənilirdi.

Xatırladaq ki, UEFA koronavirus pandemiyası ilə əlaqədar "Avro-2020”ni gələn ilin yayına kimi təxirə salıb. Yarışın 11 iyun - 11 iyulda keçiriləcəyi nəzərdə tutulub.

Xəbər lenti