Xəzər Xəbər

Messi: UEFA-nın qərarı məni təəccübləndirdi

İdman | 12:57 • 20 Fevral 2020
Messi: UEFA-nın qərarı məni təəccübləndirdi

"Mançester Siti"nin avrokuboklardan kənarlaşdırılması xəbəri məni çox təəccübləndirdi. Çünki heç kim bunun mümkün olacağını düşünmürdü".


Bu fikirləri İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi "Mundo Deportivo"ya açıqlamasında bildirib.


33 yaşlı argentinalı hücumçu Fransa PSJ-sinin daha öncə eyni səbəbdən yalnız cərimə ödədiyini söyləyib: "Amma bunun dəqiq necə olduğunu xatırlamıram. Oyunçuların səviyyəsi və klubun xərclədiyi məbləğ nəzərə alınanda "Mançester Siti"nin Çempionlar Liqasında oynamaması qəribə olacaq".


Təcrübəli oyunçu "Serxio Aquero komandadan ayrılmaq istəyirsə, "Barselona" onu almalıdırmı" sualını isə bu cür cavablandırıb: "Belə bir vəziyyətdə nə olacağını bilmirəm. Ancaq komanda Çempionlar Liqasında iştirak etmirsə, bir çox futbolçu ayrılmaq barədə düşünə bilər. Bu, çox cəlbedici bir turnirdir. İki il "Mançester Siti"yə çox təsir edə bilər".


Qeyd edək ki, UEFA maliyyə-feyr pley qaydalarını pozduğu üçün Mançester təmsilçisini 2 il müddətinə Çempionlar Liqası və Avropa Liqasından kənarlaşdırıb. Klub həmçinin 30 milyon avro məbləğində cərimələnib.

Xəbər lenti