Xəzər Xəbər

Sərbəst güləş üzrə millimiz komanda hesabında Avropa ikincisi olub

İdman | 09:09 • 17 Fevral 2020
Sərbəst güləş üzrə millimiz komanda hesabında Avropa ikincisi olub

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına yekun vurulub.


Xezerxeber.az xəbər verir ki, yarışın sonuncu günlərində sərbəst güləşçilər mübarizə aparıblar.


Yığmamız qitə birinciliyində ümumilikdə beş medal (1 gümüş, 4 bürünc) qazanıb. Belə ki, idmançılarımızdan Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib.


Bu nəticə ilə sərbəst güləş üzrə Azərbaycan millisi 116 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub. Rusiya 186 xalla çempionluğu təmin edib. İlk üçlüyü 95 xal yığan Gürcüstan yığması tamamlayıb.

Xəbər lenti