Xəzər Xəbər

Tanınmış makedoniyalı güləşçi Serbiyada qətlə yetirilib

İdman | 11:27 • 16 Fevral 2020
Tanınmış makedoniyalı güləşçi Serbiyada qətlə yetirilib

Tanınmış makedoniyalı güləşçi Benjamin Nuişi Serbiyanın Blase şəhərindəki gecə klublarından birinə edilən silahlı basqın zamanı güllələnib.


Fevralın 15-də baş verən silahlı basqında başından güllə yarası alaraq yerindəcə keçinən 22 yaşlı idmançı həmin klubda işləyirmiş.


Polisin məlumatına əsasən, hadisə oğurluq zəminində baş verib.

Benjamin Nuişi sonuncu dəfə Türkiyənin Kahramanmaraş şəhərində keçirilən dünya çempionatında azərbaycanlı olan idmançıya məğlub olub. (AZƏRTAC)

Xəbər lenti