Xəzər Xəbər

"Qalatasaray" iki futbolçusunu itirdi

İdman | 11:40 • 29 Yanvar 2020
"Qalatasaray" iki futbolçusunu itirdi

Türkiyənin "Qalatasaray" klubunun iki futbolçusu - Radamel Falkao və Marselo Saraççi zədələnərək sıradan çıxıb.

Hər iki futbolçu Superliqanın XIX turunda "Konyaspor"a 3:0 hesabı ilə qalib gəldikləri görüşdə zədələnib.

Artıq futbolçuların müalicəsinə başlanıldığı açıqlanıb. Lakin onların hansı müddətə sıradan çıxması haqda məlumat verilməyib.

Qeyd edək ki, 34 yaşlı kolumbiyalı Falkao 2019-cu ilin sentyabrında "Monako"dan "Qalatasaray"a keçib. 22 yaşlı uruqvaylı müdafiəçi Saraççi isə İstanbul klubunun yeni transferidir. (report)

Xəbər lenti