Xəzər Xəbər

"Real" zədəlilərindən xəbər var

İdman | 16:05 • 28 Yanvar 2020
"Real" zədəlilərindən xəbər var

"Real"ın zədəliləri sağalmaq üzrədir.

Edin Azar 2 həftə sonra komandaya qoşulacaq. O, kubokda "Saraqosa"ya, La Liqada isə "Atletiko"ya qarşı matçlarda iştirak edə bilməyəcək. Belçikalı yarımmüdafiəçi fərdi olaraq məşqlərinə davam edir.

Qaret Beyl isə "Atletiko" ilə matçda meydanda olacaq. Uesli hazırda komanda ilə birgə məşq edir.

Qeyd edək ki, "Real" yanvarın 29-u "Saraqosa" ilə, Fevralın 2-i isə "Atletiko" ilə qarşılaşacaq.

Xəbər lenti