Xəzər Xəbər

MY dünya ulduzuna təklif göndərdi: həftəyə 360 min funt-sterlinq...

İdman | 18:22 • 24 Yanvar 2020
MY dünya ulduzuna təklif göndərdi:

"Mançester Yunayted” PSJ-dən ayrılması gündəmdə olan Edinson Kavani ilə maraqlanır.

İngiltərə mətbuatı xəbər verir ki, Fransa və İngiltərə klubları danışıqlara başlayıb. Mənbəyə inansaq, MY parislilərə Uruqvay millisinin forvardına görə 20 milyon avro ödəməyə hazırdı. "Times Sport”un jurnalisti Pol Herst "qırmızı şeytanlar”ın Kavaniyə həftəlik 360 min funt-sterlinq maaş verməyə razı olduğunu da açıqlayıb.

"Atletiko” və "Çelsi” kimi klubların da istədiyi Edinson məhz MY variantını seçsə, tərəflər 2,5 illik müqaviləyə imza atacaq.

Fanat.Az

Xəbər lenti