Xəzər Xəbər

Ramil Şeydayev Polşa klubunda?

İdman | 17:31 • 23 Yanvar 2020
Ramil Şeydayev Polşa klubunda?

Moskva "Dinamo"sundan ayrılan Ramil Şeydayevin yeni klubu müəyyənləşməyib.

23 yaşlı hücumçu karyerasını Polşada davam etdirə bilər. Azad agent statusu daşıyan hücumçu"Lex"ə təklif edilib. Poznan təmsilçisi yaxın günlərdə Şeydayevlə bağlı qərar verəcək.

Lex Ekstraklasada 20 turdan sonra 31 xalla 16 kollektiv arasında 5-ci yerdə qərarlaşıb. Lider "Legiya"nın 38 xalı var.

Azərbaycan millisinin üzvünün ilk seçimi Rusiya Premyer Liqasında qalmaqdır. Ancaq hazırda ona real təklif yoxdur. Futbolçunun Türkiyənin "Bursaspor" klubuna keçəcəyi barədə yayılan xəbərlər isə həqiqəti əks etdirmir.

Şeydayev 2019-cu ilin yayında "Krılya Sovetov"dan "Dinamo"ya keçmişdi. Ramilmövsümün ilk yarısında Premyer Liqada8 oyun keçirib və1 assist edib.

Xəbər lenti