Xəzər Xəbər

Qana millisinin üzvü "Qarabağ"da! RƏSMİ

İdman | 16:42 • 23 Yanvar 2020
Qana millisinin üzvü "Qarabağ"da!

"Qarabağ" yeni transferini açıqlayıb.

XəzərXəbər klubun "facebook" səhifəsinəistinadən xəbər verir ki, Ağdam təmsilçisi İspaniyanın "Leqanes" klubunun hücumçusu Kvabena Ovusunu transfer edib. Müqavilənin şərtləri açıqlanmayıb.

Ovusu yetirməsi olduğu Qananın "Akkra" klubundan "Leqanes"ə 2017-ci ildə keçib. Madrid klubu qanalı hücumçunu 4 dəfə icarəyə verib. 22 yaşlı futbolçu mövsümün ilk yarısını icarə əsasında "Kordoba"da keçirib və 16 oyunda 6 qol vurub.

Ovusu Qana yığmasına ötən ildən dəvət alır. O, millidə 3 oyun keçirib və 1 qol vurub.

Xəbər lenti