Xəzər Xəbər

"Barselona" "Arsenal"ın ulduzunu gətirir

İdman | 17:00 • 22 Yanvar 2020
"Barselona" "Arsenal"ın ulduzunu gətirir

"Barselona" klubu zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacaq hücumçusu Luiz Suarezin boşluğunu doldurmaq üçün hərəkətə keçib.

Kataloniya təmsilçisi "Arsenal"ın hücumçusu və kapitanı Pyer Emerik Obameyanqa "elçi" düşüb. 

"Barselona" "topçular"la 18 aylıq müqaviləsi olan qabonlu forvardın keçidində çox maraqlıdır. Klub rəhbərliyi onu icarəyə götürmək üçün bu ayın sonunda "Arsenal"la təmasa keçəcək.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2018-ci ildə Dortmund "Borussiya"sından "Arsenal"a transfer edilib.

Xəbər lenti