Xəzər Xəbər

Podolski Türkiyəyə qayıdır

İdman | 15:53 • 17 Yanvar 2020
Podolski Türkiyəyə qayıdır

Almaniyalı futbolçu Lukas Podolski yenidən Türkiyəyə qayıdır.

Türkiyə mətbuatı xəbər verir ki, Super liqa təmsilçisi "Antalyaspor” Podolski ilə böyük ölçüdə razılığa gəlib.Antalya təmsilçisinin baş məşqçisi Tamer Tuna oyunçu ilə danışıqlar aparıldığını təsdiqləyib.

33 yaşındakı futbolçu daha əvvəl Türkiyədə "Qalatasaray”ın formasını geyinib.

Qeyd edək ki, Podolski hazırda Yaponiyanın "Vissel Kobe” komandasında çıxış edir.

Xəbər lenti