Xəzər Xəbər

Haverts bundesliqanın tarixinə düşdü

İdman | 10:16 • 16 Dekabr 2019
Haverts bundesliqanın tarixinə düşdü

"Bayer”in yarımmüdafiəçisi Kay Haverts bundesliqanın tarixinə düşüb.

"Köln”lə matç onun Almaniya yüksək liqasında 100-cü oyunu olub. Bununla da o, bundesliqada bu qədər sayda görüş keçirən ən gənc futbolçu (20 yaş 186 günündə) olub. Buna qədər rekord 20 yaş 203 günündə "Leyptsiq”li Timo Vernerə məxsus idi.

Bu mövsüm Kay Haverts 19 matçda meydana çıxıb, 3 qol vurub və 1 dəqiq qol ötürməsi verib.

Xəbər lenti