Xəzər Xəbər

“Qalatasaray” “Alanyaspor”u məğlub edib

İdman | 09:09 • 8 Dekabr 2019
“Qalatasaray” “Alanyaspor”u məğlub edib

Dekabrın 7-də Türkiyə Superliqasının XIV turunda "Qalatasaray" doğma meydanda "Alanyaspor"u qəbul edib.

Xezerxeber.az xəbər verir ki, "Türk Telekom" stadionunda keçirilən oyunda İstanbul təmsilçiləri minimal hesabla qalib gəlib - 1:0. Görüşdə yeganə qolu "Qalatasaray"ın yarımmüdafiəçisi Younes Belhanda vurub.

Turun digər oyunlarında "Sivasspor" səfərdə "Yeni Malatyaspor"u 1:3 hesabı ilə üstələyib. "Ankaragücü" isə doğma meydanda "Göztəpə"yə 1:3 hesabı ilə məğlub olub.

Dekabrın 8 və 9-da "Konyaspor" – "Qaziantep", "Antalyaspor" – "Trabzonspor", "Dənizlispor" – "Başakşəhər", "Kasımpaşa" – "Beşiktaş" və "Kayserispor" – "Rizəspor" görüşləri oynanılacaq.

Hazırda "Sivasspor" klubu 30 xalla vahid liderdir. "Fənərbağça" və "İstanbul Başakşəhər" klubları 25 xalla ikinci və üçüncü pillədə yer alıblar.

Xəbər lenti