Xəzər Xəbər

"Real"dan 55 milyonluq transfer

İdman | 16:15 • 7 Dekabr 2019
"Real"dan 55 milyonluq transfer

"Real"ın transfer etmək istədiyi futbolçulardan birinin adı açıqlanıb.


İspaniya mediası xəbər verir ki, "Kral Klubu" "Ayaks"dan Donni van de Beki heyətinə qatmaq istəyir.


İddiaya görə, Madrid təmsilçisi 22 yaşlı yarımmüdafiəçi üçün 55 milyon avro ödəməyə hazır olduğu bildirib. Hollandiyalı futbolçu ilə "Totemhem" də maraqlanır.


Qeyd edək ki, van de Bek cari mövsümdə 22 oyuna çıxaraq 7 qol vurub və 6 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti