Xəzər Xəbər

Balotelli yenə “fərqləndi”: futbolçunu məşqdən qovdular

İdman | 15:17 • 22 Noyabr 2019
Balotelli yenə “fərqləndi”: futbolçunu məşqdən qovdular

"Breşiya” klubunun və İtaliya millisinin keçmiş futbolçusu Mario Balotelli komandasının məşqini vaxtından əvvəl başa vurmalı olub.

"La Gazzetta dello Sport” xəbər verir ki, "Breşiya”nın baş məşqçisi Fabio Qrosso 29 yaşlı hücumçunu hazırlıq prosesindən kənarlaşdırıb. Buna səbəb Balotellinin tam gücü ilə məşq etməməsi olub.

Paltardəyişmə otağına yollanan oyunçu oradan klubun bazasınıtərk edib.

"Breşiya”nın mətbuat xidməti isə hadisənin mahiyyətini azaltmağa çalışaraq bildirib ki, təcrübəli forvard ikitərəfli oyunda əvəzləndikdən sonra məşqdən ayrılıb.

Xəbər lenti